“Bakı Ağ Şəhər Bulvarı dünyada ən uzun bulvar olacaq”backend

“Bakı Ağ Şəhər Bulvarı dünyada ən uzun bulvar olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib. Komitə sədrinin sözlərinə görə, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində, köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması işləri həyata keçirilib.
“Ən əsas nəqliyyat magistrallarından biri olan və Bakını Heydər Əliyev aeroportu ilə birləşdirən Nobel prospektinin keçdiyi Qara şəhərin bərpa olunması və planlaşdırılması haqqında qərar qəbul edilib”, – deyə A. Ələsgərov vurğulayıb.
A. Ələsgərov vurğulayıb ki, Bakı Ağ Şəhər layihəsinin baş məsləhətçisi qismində, mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti “Atkins” (Böyük Britaniya) çıxış edib: “Layihə üzərində işə azərbaycanlı mütəxəssislərlə yanaşı, məşhur Norman Foster tərəfindən əsası qoyulmuş məşhur “Fosters + Partners” memarlıq şirkəti və kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik olan, ABŞ-ın tanınmış “F+A Architects” arxitektura bürosu cəlb edilib. Bakı Ağ Şəhər layihəsinin reallaşdırılması ilə Qara Şəhərin sənaye siması keçmişdə qalacaq və yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verərək, öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakı şəhərinin yeni müasir mərkəzinə çevriləcək. Bakı Ağ Şəhər mövcud olan Bulvar xəttini daha 1,3 km uzadaraq, onu dünyada ən uzun bulvara çevirəcək”. (azadinforum.az)

İnterpress.az