İlham Əliyev Kaxa Kaladzeni qəbul etdibackend

İlham Əliyev Kaxa Kaladzeni qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzeni qəbul edib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında enerji layihələrinin yüksək səviyyədə həyata keçirildiyi, “Cənub” qaz dəhlizinin uğurla reallaşdırıldığı bildirilib. Ölkələrimiz arasında enerji sahəsi ilə yanaşı, digər sahələri də əhatə edən birgə layihələrin uğurla icrasından məmnunluq ifadə olunub. İki ölkənin gələcəkdə də strateji tərəfdaş kimi əməkdaşlıq edəcəyi vurğulanıb.

İnterpress.az