Müdafiə Nazirliyindən mətbuata ittiham: “Yalandır!”backend

Müdafiə Nazirliyindən mətbuata ittiham: “Yalandır!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, bu gün bəzi elektron kütləvi informasiya vasitələrində 2014-cü ilin iyun ayında Naxçıvan istiqamətində yerləşən qoşunların təmas xəttindəki vəziyyətlə əlaqədar dərc olunmuş dezinformasiya xarakterli məlumat təkrarən sosial şəbəkələr və elektron mediada yayımlanıb.
“Məlumat təqribən iki il bundan əvvəl verilib və elə o vaxt da dərhal Müdafiə Nazirliyi tərəfindən bu xəbərin dezinformasiya olması bildirilib.
Bu əsassız xəbərin yenidən gündəmə gətirilməsini kimlərinsə maraqlarına xidmət və təxribata şərait yaratmağa cəhd kimi dəyərləndiririk”,-deyə nazirlik bildirib.

Bəzi xəbər saytları ermənilərin Naxçıvana hücum etməsi barədə məlumatlar yayıblar. Buna uyğun olaraq sosial şəbəkələrdə müharibənin şiddətləndiyinə dair müzakirələr açılıb.

İnterpress.az