Moskva metrosunda əlində kəsilmiş uşaq başı olan qadın tutuldu – VİDEObackend

Moskva metrosunda əlində kəsilmiş uşaq başı olan qadın tutuldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada metro stansiyası yaxınlığında əlində kəsilmiş uşaq başı olan qadın saxlanılıb.

Bu barədə “Moskva” agentliyinə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəsmi nümayəndəsi Yuliya İvanova bildirib.

Saxlanılan şəxs meyiti yanğın baş vermiş mənzildə tapılan uşağın qətlində şübhəli bilinir. Y. İvanovanın sözlərinə görə, həmin qadın qətlə yetirilən uşağın dayəsi olub.

REN TV-nin məlumatına görə, “Oktyabrskoye pole” metro stansiyası yaxınlığında əlində kəsilmiş uşaq başı olan hicablı qadın özünü partlatmaqla hədələyib.

Qeyd edək ki, bu gün səhər “Oktyabrskoye pole” metro stansiyasına yaxın ərazidə mənzildə yanğın baş verib. Yanğın söndürüldükdən sonra hadisə yerində 3-4 yaşlı uşağın başı kəsilmiş meyiti aşkarlanıb. İlkin ehtimallara görə, uşaq öldürüldükdən sonra mənzil yandırılıb.

Faktla bağlı araşdırma aparılır.

***
İnterpress.az-ın Rusiya mətbuatının istinadən verdiyi xəbərə görə, əlində kəsilmiş uşaq başı olan naməlum şəxsin “Allahu Əkbər” qışqırması bütün ərazinin mühasirəyə alınmasına səbəb olub. Rusya milisi əynində uzun qara paltar olan bu şəxsin qadın və ya kişi olduğunu əvvəlcə fərq etməsə də az bir zamanda axarılan adam tapılıb. Sən demə, bu yaxınlıqdakı binada dayəlik edən qadın imiş. O, 4 yaşlı Nastyanın başını kəsib.

Qeyd edək ki, bir müddət öncə Nastiyanın başı kəsilmişmeyiti elə bu binada aşkarlanmışdı

Moskva metrosunda əlində kəsilmiş uşaq başı olan qadın tutuldu - VİDEO

Moskva metrosunda əlində kəsilmiş uşaq başı olan qadın tutuldu - VİDEO

İnterpress.azhttps://youtube.com/watch?v=DdUPFGBXIMM