İlham Əliyev Putinə başsağlığı veribbackend

İlham Əliyev Putinə başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç, Vorkutadakı “Severnaya” şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.

Qeyd edək ki, Severnaya” şaxtasında partlayışlar nəticəsində 36 nəfər ölüb.

İnterpress.az