Məlumata əsasən, qəza nəticəsində Nicat Hacızadə və Yunus Ərəbov xəstəxanada aldıqları xəsarətlər nəticəsində keçiniblər.
AZXEBER.COM dünyasını dəyişən tələbələr haqda məlumat əldə edib.
Məlumata görə, Yunus Ərəbov və Nicat Hacızadə ŞKTR-da Yakın Doğu Universitetinin tələbəsi imiş. Hacızadə Bakının 147 saylı məktəb – liseyinin məzunu imiş. O 27 fevral günü Yakın Doğu Universitetində baş tutan Xocalını anım günündə də iştirak edib. Bu mərhumun tələbəlik həyatının və ömrünün son tədbiri olub.
Yaxın dost olan mərhumlar qəzaya uğrayan avtomobildə 3 nəfər olublar. Digər zərərçəkmiş Anar Süleymanlının isə vəziyyəti qənətbəxşdir.
Qəza nəticəsində dünyasını dəyişən Yunus və Nicatın fotosunu təqdim edirik:
İnterpress.az