Bu gündən rezidenturaya ərizə qəbulu başlayırbackend

Bu gündən rezidenturaya ərizə qəbulu başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu gündən rezidenturaya ərizə qəbulu başlayır. Ərizə qəbulu martın 10-a kimi davam edəcək. Qəbul imtahanının I mərhələsi aprelin 3-də, II mərhələsi isə iyulun 29-da olacaq. Qəbul imtahanının birinci mərhələsi üçün sınaq imtahanı (onlayn rejimdə) isə martın 19-dan başlayacaq.

İxtisaslaşma seçimi avqustun 1-dən 7-dək, namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 5-dək, boş qalan yerlərə ixtisaslaşma seçimi 19-22 avqust, boş qalan yerlərə qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyat isə 24-25 avqustu əhatə edəcək.

Qeyd edək ki, qəbul elanının tam mətni, rezidenturaya ərizə verən namizəd üçün təlimat, \”Namizədin elektron ərizəsi\”nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində \”Rezidentura\” jurnalının 2-ci sayında təqdim edilib.

Jurnalın elektron versiyasını (pdf formatında) www.abiturient.az saytında \”TQDK-nın nəşrlərinin elektron versiyalarının online satışı\” bölməsində sifariş etməklə əldə edə bilərsiniz.

İnterpress.az