Kulinarlarımız beynəlxalq turnirdən 25 medalla qayıtdılarbackend

Kulinarlarımız beynəlxalq turnirdən 25 medalla qayıtdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbirdə çıxış edən Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov sözlərinə görə, Türkiyənin İstanbul şəhərində “Uluslararası İstanbul Mutfak günləri” çempionatı keçirilib və Azərbaycan və Naxçıvan adı altında 2 komandamız və 16 fərdi yarışlarda iştirak edib: “Çempionatda Azərbaycan, Türkiyə, Koreya, İngiltərə, Serbiya, Şimal Kipr Türk Cümhuriyyəti, Bolqarıstan, Makedoniya, Pakistan, Tanzaniya, İran, İsrail, Xorvatiya, Gürcüstan komandaları iştirak ediblər.

14 ölkədən 1600-dən çox iştirakçı və 81 münsif vardı. Komanda yarışlarında Azərbaycan komandası bürünc, Naxçıvan komandası isə “qara qutu” yarışmasıında gümüş medallar qazanılıb”. Çempionatda Azərbaycan Milli Kulinariya komandasına kapitan, Elnurə Quliyeva təyin olunub. Yarışlarda texnoloqlar Aygül Əsgərova, Bəyim Məmmədova, aşpazlar Golovin Maksim, Cəfərli Ramin, Əmiraslanov Abdulla, Araz Əhmədov, Ağa Salamov, Tural Quliyev, İlyas Axundov iştirak ediblər.

Qeyd edək ki, fərdi yarışlarda iştirakçı Maksim Qolovin bir qızıl, bir gümüş, Aygül Əsgərova iki gümüş, Bəyim Məmmədova iki bürünc, İlyas Axundov iki gümüş, Ramin Cəfərli iki bürünc, Abdulla Əmiraslanov iki bürünc, Ağa Salamov iki gümüş, Araz Əhmədov bir gümüş, Tural Quliyev bir bürünc əldə ediblər. 1 qızıl, 4 gümüş, 13 bürünc medal qazanılmaqla, 2 komanda və 16 fərdi yarışlarda 18 nəticə göstərililib.
Daha sonra komandanın 8 üzvü Malta Beynəlxalq Kulinariya Çempionatında iştirak ediblər. Tahir Əmiraslanov bildirib ki, təəssüf ki, yarış anında təşkilatçılar bəzi qaydaları dəyişdirdilər: “Xüsusilə balıq siniflərində ciddi dəyişikliklər baş verdi. Bildirildi ki, təqdim olunan balığı tərkibinə nə qatılsa da, bişdikdə öz dadını saxlamalıdır. Bizim aşbazlar işləmədikləri balıqlarla işləməli oldular. Bu da nəticəyə müəyyən qədər təsir etdi. Düşünürəm ki, belə bir dəyişiklikliyin olması komandamızın gələn yarışlarda daha diqqətli olacağının göstəricisidir. Hər bir azərbaycanlının haqqı var ki, öz ölkəsində onlara daha yaxşı xidmət göstərilsin. Komanda üzvlərimiz də, öz işlədikləri restoranlarda bu xidməti yaxşı göstərsələr, bunun üçün çalışsalar, xaricə gedən zaman ölkəmizi daha yaxşı təmsil edəcəklər. Komandamız 3 komanda yarışlarında, 5 sinif fərdi yarışlarıda iştirak etdilər.
Maltada İtaliya və Azərbaycandan 200 nəfər iştirakçı var idi Münsiflər heyətində əlavə olaraq Norveç, Almaniya, Misir, Sloveniya iştirak edirdilər”. Tahir Əmiraslanov deyir ki, bizim aşbazlar öyrəşiblər ki, ərzağın dadını mayonez, ketcupla öldürsünlər: “Halbuki sous ərzağın dadını gücləndirməlidir. Bizim restoranlarda da, mayonez və ketcup təqdim edirlər. Bu düzgün deyil. Əsas yemək bişirmək lazımdır”.

Tədbirdə Türkiyə səfirliyinin nümayəndəsi Murat Karaçanta iştirak edib. Onun sözlərinə görə, bu cür festivalların keçirilməsi zamanı ölkələr öz mətbəxlərini dünyaya tanıtmış olur: “Turistlər ölkələrə gələn zaman oteldə yerləşdikdən sonra ilk olaraq ölkənin yeməkləri ilə maraqlanırlar. Bunun üçün biz həmişə birlikdə öz ölkəmizin mətbəxini dünyada tanıtmalıyıq”. Murat Karaçanta qeyd edib ki, Azərbaycan, Türkiyə Qırğızıstan və Qazaxıstan türk dünyası Assosiasiyası yaradılacaq: “Məqsədimiz dünya tük mətbəxini dünyada tanıtmaqdır”. Maltada keçirilən Beynəlxalq Kulinariya çempionatında fərdi yarışlarda Aygül Əsgərova bürünc, Bəyim Məmmədova bürünc, Abdulla Əmiraslanov bürünc, Maksim Qolovin bürünc, Ramin Cəfərli bürünc medallar qazandılar. Azərbaycan kulinarları Maltada iki regional komanda çempionatı adı altında Qarabağ və Naxçıvan komandaları adı altında iştirak ediblər. Ümumi olaraq Maltada çempionatı Azərbaycan Milli Kulinariya komandası 7 bürünc medal qazanaraq çempionatı üçüncü olaraq tamamladı. Beləliklə komandamız 8 yarış sinfində 7 nəticə göstərilib. Hər iki çempionatda ölkəmizi münsiflər heyətində Tahir Əmiraslanov tərəfindən təmsil edib. (teleqraf.com)

Kulinarlarımız beynəlxalq turnirdən 25 medalla qayıtdılar

Kulinarlarımız beynəlxalq turnirdən 25 medalla qayıtdılar

İnterpress.az