Deputat seçicilərlə görüşərsə…backend

Deputat seçicilərlə görüşərsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbulda ümumilikdə 100-dən çox vətəndaş iştirak edib. Müraciətlər əsasən müalicə-müayinə, ünvanlı sosial yardım, işlə bağlı olub. Səhiyyə ilə bağlı problemlər yerindəcə həll edilib, aidiyyəti qurum rəhbərlərinə vətəndaşların qəbulu, müalicə və müayinə olunması üçün deputat tərəfindən telefon vasitəsilə xahiş olunub.

İşlə bağlı müraciət edənlərə isə bildirilib ki, işsizliyin aradan qaldırılması ilə bağlı Prezidentin həyata keçirdiyi iqtisadi islahatlar, sahibkarlara təqdim olunan güzəştlər öz bəhrəsini verməkdədir. Belə ki, görülən iqtisadi tədbirlərin nəticəsidir ki, ölkənin regionlarında iqtisadiyyatın müxtəlif sahələrinə, ö cümlədən kənd təsərrüfatına iri şirkətlər tərəfindən böyük sərmayələr qoyulmağa başlanıb. Məsələn, Masallı rayonunda “AzərSun Holdinq” və “Retro Holdinq” şirkətləri tərəfindən 200 ha yaxın ərazidə tərəvəz məhsulların əkilməsinə başlanılıb ki, burada da mövsüm üzrə 700-dən yuxarı insan işlə təmin olunacaq. Bundan əlavə, Kolatan kəndi ərazisində iri sahibkarlar tərəfindən 100 ha ərazidə çay plantasiyasının salınmasına başlanıb. Burada da təqribən 400-500 insan daimi iş yeri ilə təmin olunub.
Xanım deputat bildirilib ki, bu tipli layihələr Masallıda davam etdiriləcək və nəticədə minlərlə yeni iş yerinin açılması təmin olunacaq, bu da Masallı kimi əhalinin sıx yaşadığı bir rayon üçün ən önəmli bir məsələdir.

Deputat seçicilərə bildirib ki, Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, ölkəmizin iqtisadi böhrandan minimal zərərlə çıxması üçün böyük səylə çalışır, o, əminliklə vurğulayıb ki, bu cür tədbirlər ölkə rəhbərliyi tərəfindən bundan sonra da davam etdiriləcək. Və Azərbaycan dünyada baş verən bu çətin sınaqdan itkisiz və üzüağ çıxacaq.

Deputat seçicilərlə görüşərsə...

Deputat seçicilərlə görüşərsə...

İnterpress.az