Bu il Azərbaycan 8 hərbi qulluqçusunu itiribbackend

Bu il Azərbaycan 8 hərbi qulluqçusunu itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute – CDSI) məlumatına görə, dünyasını dəyişənlərin 4-ü döyüş, 4-ü qeyri döyüş itkisidir.

Azərbaycan Silahlı Qüvvələrin 4 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa, bir hərbi qulluqçu avtomobil qəzası, bir əsgər xəstəlik nəticəsində, bir nəfərin bədbəxt hadisədən dünyasını dəyişib. Bir nəfər əsgər yoldaşının açdığı atəş nəticəsində ölüb.

Dünyasını dəyişənlərin 5-i əsgər, ikisi müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 1 nəfər leytenant rütbəli zabit olub. Dünyasını dəyişənlərin 7-si Müdafiə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olub.

Ötən dövrdə bir hərbçi (MN) avtoqəza nəticəsində xəsarət alıb, bir nəfərsə (DTX) təlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb (\”Amerikanın səsi\”).

İnterpress.az