İnterpress.az-ın ABŞ mediasına istinadən verdiyi xəbərə görə, D.Trampın ABŞ-da bir universitetdəki çıxışı etirazla qarşılanıb. Bu zaman etirazı lentə alan \”TİME\” dərgisinin foto müxbiri Kristofer Morrisi D.Trampın mühafizəçiləri vəhşicəsinə döyüblər.
Mühafizəçilər müxbiri yerə yıxaraq onu əzişdiriblər. Bu barədə açıqlama verən məşhur fotoqraf deyib ki, çəkilişə can atdığı yerdə qəfil başına dəyən yumruğun zərbəsindən az qala huşunu itirəcəkmiş: \”Özümə gəlməmiş məni daha çox yumruqlayıb, yerə yıxdılar. Bu əsl vəhşilikdir\”.
İnterpress.az