İnterpress.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, onun əlində tutduğu, yaşadığı evində yandırılan 4 yaşlı Nastyanın başı olub. Nastyanın dayəsi olan Gülçöhrə bir il ərzində ailənin etibarını qazanıb və yaxşı dayə kimi özünü tanıdan qadın azyaşlının başını kəsərək, onun meyitini yandırıb. Bundan sonra o, başı əlinə götürərək metronun qarşısına gəlib. Özbəkistanlı olan qadının qəfil qatilə çevrilməsinin səbəbini çox qəribə şəkildə izah edib. Belə ki, qadın ərinin ona xəyanət etdiyi üçün bu addımı atdığını bildirib.
Lakin qadının vəhhabi olması və sifarişli olaraq bu addımı atması ehtimalı da var. Eyni zamanda Gülçöhrə Babokulovanın ərinin ona Nastyanın anası ilə xəyanət etməsi də ehtimallar arasında var.
Bu gün isə Rusiya mətbuatı Gülçöhrənin Azərbaycan mənşəli olduğunu və Səmərqəndə ərə getdiyini iddia edib.
Xəbəri buradan oxuya bilərsiniz
İnterpress.azhttps://youtube.com/watch?v=ck8p8ml0k6c