“Sovetski”də son çərşənbə – FOTO – VİDEObackend

“Sovetski”də son çərşənbə – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının ən qədim və artıq tarixə qovuşmaqda olan məhəlləsi olan “Sovetski”də od çərşənbəsinin necə keçirildiyini işıqlandırmaq üçün axşam düşmədən oraya üz tutduq.

Məhəllədə əvvəlki ab-hava olmasa da, Novruz tonqalı ucalırdı. Lakin “Sovetski” digər məhəllələrdən fərqli olaraq bu il taxta baxımından korluq çəkmirdi. Sökülmüş evlərin taxta materialları məhəllə meydanına toplanmışdı. Hər tonqalın ətrafında 50 -ə yaxın sakin toplanmışdı. Bakının ən böyük tonqalı “Sovetski”də idi desək yanılmarıq.

Sakinlər deyir ki, bəlkə də bu “Sovetski”də yanan son tonqaldır. Ona görə də, bayramın gəlişi ilə bağlı sevinsələr də, bir-birlərindən uzaq düşəcəkləri onları üzür.

Tonqal ətrafında kişilər neftdən, dollardan, qadınlar da bayramlıq ərzaqların bahalaşmasından danışırdı. Bayram olsa da, gündəm dəyişməmişdi.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz. ( musavat.com )

"Sovetski"də son çərşənbə - FOTO - VİDEO

"Sovetski"də son çərşənbə - FOTO - VİDEO

"Sovetski"də son çərşənbə - FOTO - VİDEO

"Sovetski"də son çərşənbə - FOTO - VİDEO

"Sovetski"də son çərşənbə - FOTO - VİDEO

İnterpress.az