İnterpress.az xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Rusiya qırıcılarının bombaladığı şəhərlər arasında Suriyanın Hələp, Dəra, Hama, İdlip, Laskiye, Türkməndağı, Kürtdağı, Dəməşq, Humus, Harben Nefse, Telbisse, Sahl əl-Gab, Həyyam, Kəfər Hamra və Doğu Guta şəhərləri də var. Ümumiyyətlə, ötən gün Rusiya təyyarələri müxalifətin nəzarət altında olan bölgələri 138 dəfə bombalayıb.
Terroçu PKK-nın Suriyadakı qolları – \”PYD\” və \”YPG\” də qurudan müxalifətin nəzarəti altında olan Atme və Kastillo bölgələrinə, Bəşşar Əsədə bağlı silahlılar isə ölkənin Türkməndağı, Obin, Acebayır və İdlip rayonlarına qurudan hücum ediblər.
Qeyd edək ki, Suriya İnsan Haqları Şəbəkəsinin hesabatına əsasən, fevralda 182-si qadın, 110-u uşaq ollmaqla 651 dinc saki həyatını ititirb. Onların 31-nin işgəncə verilərək, öldürüldüyü bildirilib.
Xatırladaq ki, fevralın 27-dən Suriyada atəşkəs rejiminin tətbiqinə dair ABŞ-la Rusiya arasında razılıq əldə edilib.(Report)
İnterpress.az