Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, ümumilikdə 15-20 min nəfərdən söhbət gedir:
“Onların bəziləri Ermənistanda yerləşdirilir, bir hissəsi isə Dağlıq Qarabağda. Ermənilər bu cür faktları gizli saxlayır”.
H. Hacıyev əlavə edib ki, qondarma rejim üçün pul və sikkələrin çapı XİN-nin diqqətində olan məsələdir. Belə ki, bu pulların numizmatika kolleksiyalarına daxil edilməsinə qarşı addımlar atılır.
XİN rəsmisi, həmçinin Dağlıq Qarabağa faktaraşdırıcı missiyanın göndərilməsi məsələsinədə toxunub: “ Bu müzakirə mövzusudur, amma ermənilər bütün səyləri ilə buna mane olmağa çalışır. Çünki əvvəlki missiyalarda ermənilərin bu ərazilərdə qanunsuz fəaliyyəti, o cümlədən bu torpaqlarda qanunsuz şəkildə əhalinin məskunlaşmasını həyata keçirdiyi sübuta yetirilib. Bu münaqişənin nizamlanmasında vasitəçi kimi fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədrləri bu istiqamətdə müəyyən addımlar atmalıdır”. (azvision.az)
İnterpress.az