Azərbaycan İrana 21 məhbus təhvil veribbackend

Azərbaycan İrana 21 məhbus təhvil verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə \”Report\”a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, məhbuslar İrana \”Astara\” sərhəd-keçid məntəqəsində təhvil verilib. Məhbuslar cəzasının qalan hissəsini vətənlərində çəkəcək. O da qeyd edilib ki, İran tərəfinə təhvil verilən məhkumlar arasında 3 qadın da olub.

Qarşı tərəfə təhvil verilən məhbusların əksəri narkotik qaçaqmalçılığına görə cəza çəkənlər olub.
Məhbusların qarşı tərəfə verilməsi iki ölkə arasındakı saziş çərçivəsində həyata keçirilib.

Səfirlikdən onu da bildiriblər ki, hazırda Azərbaycan həbsxanalarında 125-dən artıq İran vətəndaşı var, daha 63 nəfər isə istintaq təcridxanalarında saxlanılır.

İnterpress.az