​Bakıda yolu piyada keçdiyinə görə cərimələnən şəxs polisə xəsarət yetiribbackend

​Bakıda yolu piyada keçdiyinə görə cərimələnən şəxs polisə xəsarət yetirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı “Report” saytı əldə edib.
Məlumata görə, hadisə “Azadlıq” prospektində qeydə alınıb.Belə ki, həmin ərazidə yolu piyadalar üçün müəyyən edilməmiş yerdən keçdiyi üçün Lənkəran şəhər sakini, 21 yaşlı Peyman Yusifli barəsində polis əməkdaşları tərəfindən protokol tərtib edilib. Buna etiraz edən P.Yusifli cibindəki bıçağı çıxararaq polis əməkdaşlarına hədə-qorxu gəlib. Bu zaman o, polis serjantlarından birinə əl və baş nahiyəsindən xəsarət yetirib.
P.Yusifli saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

İnterpress.az