Çində 144 tibetli özünü yandırıbbackend

Çində 144 tibetli özünü yandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mediaya istinadən bildirir ki, Kalsang Vangdu adlı rahib Sıçuan əyalətində Retsokha monastırı yaxınlığında “Tibetə azadlıq” deyib qışqıraraq özünü yandırıb və xəstəxanaya aparılarkən həyatını itirib.
Bazar ertəsi günü də Hindistanda 16 yaşlı bir Tibet rahibinin özünü yandırmağa cəhd göstərdiyi xəbəri verilib. Gənc rahib ağır yaralı olaraq xəstəxanaya yerləşdirilib.

Bundan əvvəl 2015-ci ilin noyabr ayında Tibetdə bir rahibə, Kardze bölgəsində “Azadlıq istəyirik” deyərək özünü yandırıb.

Məlumatda qeyd edilir ki, Çində 2009-cu ildən bu yana 144 tibetli Pekin rəhbərliyinin tətbiq etdiyi dini məhdudiyyətlərə etiraz etmək və sürgündəki ruhani liderləri Dalay Lamanın ölkəyə qayıtması üçün özünü yandırıb.

Çin isə Dalay Lamanı tibetliləri dövlətə qarşı qızışdırmaqla ittiham edir.

İnterpress.az