İki uşaq anası canına qəsd etdibackend

İki uşaq anası canına qəsd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, şəhərin 6-cı mikrorayon ev 2, mənzil 6 ünvanında yaşayan 1980-cı il təvəllüdlü Nuranə Qasımova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oradan da Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib. 36 yaşlı şəxsə tibbi yardım göstərilməsinə baxmayaraq N. Qasımova xəstəxanada dünyasını dəyişib.

Prokurorluqdan hazırda onun ehtiyatsızlıqdan yaxud intihar məqsədi ilə sirkə turşusu içdiyinin araşdırıldığını bildirdilər. Amma digər mənbədən əldə etdiyimiz məlumata görə isə həmin qadın intihar məqsədi ilə belə bir addım atıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Nuranə Qasımova iki uşaq anasıdır.

Fevral ayının 10 bənzər hadisə Gəncədə də baş verib. Sirkə turşusundan zəhərlənərək Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilən şəhərin Yeni Gəncə qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Fəxriyyə Əsgər qızı İsgəndərova xəstəxanada düynasını dəyişib. Tibb müəsisəsində lazımı tibbi yardım göstərilən qadın orada 1 gün saxlanılsa da onun həyatını xilas etmək mümkün olmayıb. (anspress.com)

İnterpress.az