Deputat tələbələrə təqaüd və mükafatlar təqdim etdibackend

Deputat tələbələrə təqaüd və mükafatlar təqdim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, AHİK-i sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tələbələri adlı təqaüdlər və mükafatlar almaları münasibətilə təbrik edib və onlara təhsildə yeni uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis edilib. Təqaüd qış və yay imtahan sessiyalarının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan və həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir. Bugünkü tədbirdə 20 ali məktəbin 61 nəfər tələbəsinə adlı təqaüd təqdim edilib. İndiyə qədər isə 1907 tələbə bu ada layiq görülüb.

Eyni zamanda 2015-ci ildə beynəlxalq miqyaslı musiqi, incəsənət, idman və elmi müsabiqələrdə iştirak edərək yüksək nailiyyətlər qazanan 22 tələbə də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı və pul mükafatları ilə təltif edilib.

İnterpress.az