Qatil dayə: Həbs vecimə də deyil, Allah əmr etdi! – VİDEO-FOTOLARbackend

Qatil dayə: Həbs vecimə də deyil, Allah əmr etdi! – VİDEO-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müttəhimlər kürsüsündə Özbəkistan vətəndaşı, 38 yaşlı Gülçöhrə Babokulova oturmuşdu.
O, Maksimovlar ailəsində 3 ildən bəri işləyirdi, 4 yaşlı əlil qızın dayəsi idi.

Fevralın 29-da qızın valideynləri işə gedəndən sonra G.Bobokulova uşağa hücum çəkərək onu bıçaqlayıb, sonra qızın başını kəsib. Kəlləni çantasına qoyan dayə mənzilə od vuraraq qapını bağlayıb.

Onu Moskva metropoliteninin \”Oktyabrskoe pole\” stansiyasının qarşısında həbs ediblər.

G.Bobokulova məhkəmənin iclasına aparılanda dəhlizdə jurnalistlərin suallarını cavablayıb:
– Uşağı qətlə yetirdiyinizi etiraf edirsinizmi?
– Hə.
– Uşağı niyə öldürdünüz?
– Allah əmr etdi.
Məhkəmə zalında Bobokulova ilə yanaşı, özbək dilindən tərcüməçi də vardı.
KP-nin məlumatına görə, Bobokulova belə istəyib.

Onun sözlərinə görə, Moskvada rəsmi qeydiyyatı və ya işi olmayıb, dayə işlədiyi mənzildə yaşayıb.

Məhkəmənin qərarı ilə o, istintaq müddətinə, yəni 2 aylıq həbs olunub.

15 ildən bəri ruhi-əsəb dispanserində uçotda olduğu aşkarlanan, şizofreniya xəstəsi Gülçöhrə Bobokulova məhkəmədə gülümsəyirdi.

\”Həbs vecimə də deyil. Mən Allahın buyurduğunu etmişəm\”, – Bobokulova söyləyib.

Qeyd edək ki, G. Bobokulova 4 yaşlı qızın başını kəsdikdən sonra mənzili yandırıb. Sonra uşağın kəsilmiş başını götürərək “Oktyabrskoye pole” metro stansiyasına yollanıb. G. Bobokulova metronun girişində “Allahu Əkbər” qışqırıb və özünü partlatmaqla hədələyib. Polis ərazini mühasirəyə aldıqdan sonra qadını saxlamaq mümkün olub.

Məhkəmə G. Bobokulova barəsində psixoloji ekspertizanın keçirilməsi haqqında qərar verib. Hüquq-mühafizə orqanları isə G. Bobokulovanın həyat yoldaşını axtarır. Onun bu cinayətlə əlaqəsinin olub-olmaması araşdırılır. (milli.az)

Qatil dayə: Həbs vecimə də deyil, Allah əmr etdi! - VİDEO-FOTOLAR

Interpress.azhttps://youtube.com/watch?v=sqyUp-UcyIU