Mal-qara oğrusundan Azərbaycan gəncliyinə tövsiyyə – VİDEObackend

Mal-qara oğrusundan Azərbaycan gəncliyinə tövsiyyə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməlindən peşman olan rayon sakinləri tövsiyyə verməyi də unutmayıblar.

Kürdəmirdə oğurluq hadisəsi baş verib. Rayonun Qarasaqqalı kənd sakinləri Cavad Məmmədov və Cabir Abdullayev qabaqcadan əlbir olaraq Kürdəmirin Karrar kənd sakini Mayisə İsgəndərovanın həyətindəki tövlədən 3 iribuynuzlu heyvanı oğurlayıblar. Daha sonra inəyi Ağsu rayonundakı mal bazarında həmin rayonun Çiyni kənd sakini Sahibə Abdulovaya 590 manata satıblar.

Saxlanılan şəxs: \”2 dana, 1 inək göütürdük. Çox peşmanam. Azərbaycan gəncliyinə sözüm odur ki, oğurluq eləməsinlər. Oğurluq çox pis şeydir. Kimin xoşuna gələr ki? Zəhmətlə pul qazansınlar\”.

Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin üstü açılıb və inək sahibinə qaytarılıb.

Fakla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdirma aparilir. ( region tv )

İnterpress.az