İlahiyyatçıya qoşma ilə cavab verildibackend

İlahiyyatçıya qoşma ilə cavab verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Namiq Hadi ilahiyyatçı Elşad Miriyə qoşma ilə cavab verib:

\”Salam, Elşad bəy. Sizi İslam dinini bilən ilahiyyatçı bilib, üzbəüz oturub fikir mübadiləsi aparmaq istəyirdim. Təəssüf ki, görüşdən imtina etdiniz və internet vasitəsilə yazışmaya üstünlük verdiniz. Mən də müsahibələrinizi oxuduqdan sonra və Vasif Məmmədəliyevin tərcümə etdiyi “Quran” ilə bağlı verilən suallara cavablarınızı oxuduqda gördüm ki, özünüzün haqlı olduğunuzu sübut edəcək heç bir dəlil gətirə bilməmisiz. Bu da ona görədir ki, din elmindən xəbəriniz yoxdur. Əgər xəbərin varsa, onda de görüm…

Qoşma

\”Əlif\” qədilə Adəmin
\”Dal\”ından xəbərin varmı?
Söylə, \”açdığın\” Qur\’anın
Dilindən xəbərin varmı?

Görməyən ayətdə \”mim\”in
Bilərmi xətt, yazı Kimin?
Od içində İbrahimin
Külündən xəbərin varmı?

Vurğunusan \”məddə\”sinin
\”Fəthə\”sinin, \”kəsrə\”sinin
Meyfuruşun badəsinin
Gilindən xəbərin varmı?

Əsl Qur\’an gözdən iraq,
Nazil olur qəlbə ancaq.
Yasinilə yas tutacaq,
Ölündən xəbərin varmı?

Gah daş oldun, gah şad oldun
Nədən belə mötad1 oldun?
Əhli-Mədyən həm Ad oldun,
Elindən xəbərin varmı?

Fatihə İxlas öyrədir,
Fələq gəlir nas öyrədir.
Əqlini Həvəs öyrədir
Qulundan xəbərin varmı?

Ondan eylər həzər2 Allah!
Kim kəlamda gəzər Allah!
Bəndəsindən bezər Allah!
Yolundan xəbərin varmı?

***
1. mötad1 – vərdiş edilmiş
2. həzər2 – çəkindirmək\”

İnterpress.az