Putinin ən yaxın adamı Bakıdadırbackend

Putinin ən yaxın adamı Bakıdadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dmitri Roqozin, öz növbəsində Azərbaycan paytaxtında olduğunu təsdiq edib.

\”Bakıda havanın temperaturu gecə 9°C, gündüz 14°C-dir. Küləklidir. Azərbaycan paytaxtından hamıya salam!\”, — deyə o cümə axşamına keçən gecə öz \”Facebook\” səhifəsində yazıb.
Nəşrə verilən məlumata görə, Roqozin Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşəcək və iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Qəzet yazır ki, Roqozinlə yanaşı Rusiya silahlarının xüsusi ixracatçı şirkəti olan \”Rosoboroneksport\”, həmçinin Hərbi-Texniki Əməkdaşlıq Federal Xidməti rəhbərliklərinin nümayəndələri də Bakıya gələcəklər.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, bu səfər \”xüsusi mahiyyət\” daşıyır və əvvəlcədən planlaşdırılmayıb. Buna guya yüksək səviyyədə həll edilməli olan ixrac müqavilələri ilə bağlı çətinliyin yaranması səbəb olub.

Putinin ən yaxın adamı Bakıdadır

\”Neftin qiymətinin düşməsi hamıya təsir edib və bizim azərbaycanlı tərəfdaşlarımız da istisna deyil. İş o yerə çatıb ki, onların sifariş etdiyi texnika hazırlanıb və göndərilib, lakin hələ ki, boşaldılmadan limanda hərəkətsiz qalıb və vəziyyətin yoluna qoyulmasını gözləyir\”, — deyə qəzet mənbələri izah ediblər.

Rusiya nümayəndə heyətinin ilk öncə Azərbaycan hərbçiləri ilə görüşəcəyi, ardınca danışıqların prezident İlham Əliyev və baş nazirin müavini Dmitri Roqozin səviyyəsində davam etdiriləcəyi gözlənilir.
Roqozinin Azərbaycan baş nazirinin birinci müavini və Rusiya-Azərbaycan hökumətlərarası komissiyası üzrə həmkarı Yaqub Eyyubovla görüşəcəyi istisna olunmur.
(report.az)

Putinin ən yaxın adamı Bakıdadır

İnterpress.az