Hadisə nəticəsində 49 yaşlı kişi ölüb. Oksigen balonu yaranmış təzyiq nəticəsində partlayıb və həmin məntəqədə çalışan 1967-ci il təvəllüdlü Məmmədov Füzuli Seyran oğlu zərbənin gücündən divara çırpılıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə-tibi ekspertiza mərkəzinə yerləşdirilib.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır. (apa.az)
İnterpress.az