Bakıda daha bir unikal tikili dağıdılır – FOTObackend

Bakıda daha bir unikal tikili dağıdılır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”Hava və Ekstremal İdman Növləri Federasiyası\”nın üzvü Teymur Maksudov ictiamiyyətə müraciətində deyib.

Onun sözlərinə görə, Bakı şəhərində və onun ətrafında yerləşən yeganə təbii qayalıqlar Nardaran qəsəbəsi ərazisindədir. Məhz bu ərazidən idman həvəskarları baza kimi yararlanırmışlar. Amma kimlərsə tərəfindən həmin ərazi işğal olunub və orada fərdi yaşayış evinin inşasına başlanılıb. Qəribəsi odur ki, nə yerli bələdiyyənin əməkdaşları, nə də əraziyə nəzarət edən polis tikintinin sahibini tanıyır.

İdman mətbuatından və ictimaiyyətdən kömək gözləyən Teymur bəy ərazidə çəkilən fotoşəkli də sosial şəbəkə vasitəsilə yayımlayıb. Özünüz də diqqətlə baxın. Bu cür nadir təbii landşaftı məhv etmək hansı vicdana sığır? Ümid edirik ki, ölkə başçısının idmana göstərdiyi diqqət və qayğıdan xəbərdar olan məmurlar bu nadir idman bazasının qorunması üçün hərəkətə keçəcəklər. (faktxəbər)

Bakıda daha bir unikal tikili dağıdılır - FOTO

İnterpress.az