Bakı şəhər Dövlət Yol Polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov İ-Patrul sisteminin köməyilə bir çox funksiyalar avtomatik olaraq yerinə yetiriləcək: “Dünyanın ən qabaqcıl texnologiyalarından olaraq ilk dəfə Azərbaycanda tətbiq edilməsi heç də təsadüfi deyil. Artıq bu sistem Nyu-Yorkda, Frankfurtda, Türkiyənin İstanbul, Ankara şəhərlərində tətbiq olunur”.
Bakı şəhər Dövlət Yol Polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov qeyd edir ki, bu sistemdə 6 kamera quraşdırılıb: “Sağ-sol, yan tərəflərdə, qabaq və arxa hissədə eyni zamanda, çarpaz quraşdırılmış kameralar hərəkətli və ya hərəkətsiz nəqliyyat vasitələrinin dövlət nömrə nişanını qeydə alır və dərhal yaddaşa ötürməklə baza məlumatlarını üzə çıxardır\”.
Yol hərəkəti qaydalarını pozan hərəkətli və hərəkətsiz nəqliyyat vasitələri bu İ-patrul sistemi vasitəsi ilə aşkar olunur. İnformasiya buradan mərkəzi kompüter sisteminə yönəldilir və avtomatik olaraq elektron protokol tərtib olunur.
Bu kameralar vasitəsilə 360 dərəcə bucaq altında 500 metr məsafədən dövlət nömrə nişanları oxunur. 100 metr məsafədən isə dərhal qeydiyyata alınıb mərkəzi sistemə ötürülür. Sistem müxtəlif üsullarla pozuntu haqqında məlumatı nəqliyyat vasitəsinin sahibinə göndərir:
\”Sürücülərin elektron ünvanları varsa və yaxud telefon nömrələri belə varsa, bunlar vasitəsilə məlumatlar sürücüyə ötürülür ki, bu da ən azından vaxt itkisinin qarşısının alınması deməkdir. Sənədlərdə olduğu ərazi üzrə ünvanına göndərilən bildiriş vərəqəsi üzrə vaxtında informasiya alacaq və təyin edilən cəriməni vaxtında ödəməli olacaq\”.
Martın 1-dən tətbiq edilən çoxfunksiyalı İ-partul sistemi sürücülərin yol hərəkəti qaydalarını pozub diqqətdən yayınmaq şansını sıfıra endirir. Sistem hətta yolun əks istiqamətində hərəkət edən nəqliyyat vasitələrini də monitorinq etmək imkanına malikdir. Buna görə də, sürücülərin nəqliyyat vasitələrini qaydalara uyğun idarə etməkdən başqa çıxış yolları qalmır. (cbc)
İnterpress.az