Rusiyadan NATO komandanına: “O, Əfqanıstanda toyları bombalamaqla xatırlanır”backend

Rusiyadan NATO komandanına: “O, Əfqanıstanda toyları bombalamaqla xatırlanır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dmitri Roqozin amerikalı generalı “terrorçu” adlandırıb: “Bredlav və NATO yaratdıqları silahlı qarşıdurmaların məsuliyyətindən qaçmağa çalışır. Bredlav xəstə və günahsız dinc insanları bombalayan adamdır. Bu adam daha çox Əfqanıstanda toyları bombalamaqla xatırlanır. Hətta, deyərdim ki, Bredlav toyları bombalamaq üzrə mütəxəssisdir”.

Xatırladaq ki, ötən gün general Filip Bredlav bildirib ki, Rusiya Suriyada dinc insanların yaşadığı əraziləri bilərəkdən vurur: “Bununla da Rusiyanın əsas istəyi odur ki, Avropa Suriyadan qaçan miqrant axını ilə böhrana girsin, sarsılsın və iradəsi zəifləsin. Əvəzində isə Rusiya ilə güzəştə getsin”. (publika.az)

İnterpress.az