Ölümündən sonra da liderdir-VİDEObackend

Ölümündən sonra da liderdir-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Media TəqibMərkəzişou-biznes nümayəndələri ilə bağlı ölkədə ilk dəfə olaraq aylıq monitorinqləri təqdim etməyə başlayıb.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin fevralayı üzrə analiz işini yekunlaşdırıb.

Şou-biznes nümayəndələri ilə bağlı ölkədə fevral ayı üzrə məlumatları təqdim edirik:

2016-cı ilin fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələriilə əlaqəli 22522 xəbər yerləşdirilib. Bunlardan 1351 xəbər mənfi, 36 xəbər müsbət və 21135 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: İlhamə Quliyeva (953 xəbər-müğəninin və oğlunun haqqında olan mənfi iddialar, digər müğənnilər arasında olan konfiliktlər və s), Elton Hüseynəliyev (136 xəbər-Aygün Kazımovanın onu təhqir etməsi), Röya Ayxan (103 xəbər-Natavan Həbibinin müğənnini “çuşka” adlandırması). Müsbət xəbərlər isə prodüsser Tarix Əliyevə (36 xəbər-Dağıstanın \”Əməkdar mədəniyyət işçisi\” fəxri adına layiq görülməsi) məxsusdur.

Xəbər sayına görə sıralama:

1. İlhamə Quliyeva 6215xəbər
2. Aygün Kazımova 2047xəbər
3. Röya Ayxan 1171xəbər
4. Elza Seyidcahan 1005xəbər
5. Flora Kərimova 859xəbər
6. Nazpəri Dostəliyeva 676 xəbər
7. Natəvan Həbibi 640xəbər
8. Brilliant Dadaşova 521xəbər
9. Tarix Əliyev 504xəbər
10. Nadir Qafarzadə 430xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 655 xəbər dərc edilib. Bu xəbərlərdən 615-i neytral, 1-i müsbət, 39-u isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: İlhamə Quliyeva (25 xəbər-müğəninin və oğlunun haqqında olan mənfi iddialar, digər müğənnilər arasında olan konfiliktlər və s), Aygün Kazımova (7 xəbər-İlhamə Quliyevanın oğlunun müğənnini təhqir etməsi). Müsbət xəbər isə prodüsser Tarix Əliyevə (Dağıstanın \”əməkdar mədəniyyət işçisi\” fəxri adına layiq görülməsi) məxsusdur.

Xəbər sayına görə sıralama:

1. İlhamə Quliyeva 136xəbər
2. Aygün Kazımova 47xəbər
3. Röya Ayxan 31xəbər
4. Flora Kərimova 29xəbər
5. Elza Seyidcahan 26xəbər
6. Natəvan Həbibi 24xəbər
7. Nazpəri Dostəliyeva 23xəbər
8. Ağadadaş Ağayev 15xəbər
9. Brilliant Dadaşova 13xəbər
10. Nadir Qafarzadə 12xəbər

Fevralayında televiziya kanallarında şou-biznes nümayəndələrihaqqında 245 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1. İlhamə Quliyeva 60xəbər
2. Tünzalə Ağayeva 23xəbər
3. Elza Seyidcahan 10xəbər
4. Firuzə İbadova 8xəbər
5. Lalə Məmmədova 8xəbər
6. Rəşad İlyasov 7xəbər
7. Əli Mirəliyev 7xəbər
8. İlhamə Qasımova 5xəbər
9. Rüfət Axundov 5xəbər
10. Niyaməddin Musayev 5xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.


İnterpress.az
https://youtube.com/watch?v=RD4cS0QSLTE