Elmira Axundovanın oğlunun ermənilərlə əlaqəsi-İDDİAbackend

Elmira Axundovanın oğlunun ermənilərlə əlaqəsi-İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Medianın gündəmini zəbt edən millət vəkili kimdir?

İnterpress.az Ölkə.Az-a istinadən xəbər verir ki, Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin fevral ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Şirkət deputatlarla bağlı fevral ayı üzrə məlumatları təqdim edir.

Elmira Axundovanın oğlunun ermənilərlə əlaqəsi-İDDİA

2016-cı ilin fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 26490 xəbər yerləşdirilib. Bunlardan 416 xəbər mənfi, 73 xəbər müsbət və 26001 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Elmira Axundova (123 xəbər-deputat və oğlu ətrafında olan maliyyə qalmaqalı), Rafael Cəbrayılov (67 xəbər-vətəndaşları aldatması, ermənilərlə əlaqəsi iddiaları və s.), Çingiz Qənizadə (53 xəbər-İlhamə Quliyeva ilə deputat arasında olan qalmaqal). Mehriban Əliyeva (ən gözəl first ledilər siyahısında olması) və Siyavuş Novruzov (“Fədai” medalı ilə təltif olunması) isə müsbət xəbərlər arasındaliderdirlər.

Xəbər sayına görə sıralama:
Rövnəq Abdullayev – 1977 xəbər
Mehriban Əliyeva – 1644 xəbər
Siyavuş Novruzov – 1288 xəbər
Oqtay Əsədov – 1158 xəbər
Fazil Mustafa – 877 xəbər
Qənirə Paşayeva – 856 xəbər
Vasif Talıbov – 806 xəbər
Azay Quliyev – 716 xəbər
Vahid Əhmədov – 700 xəbər
Cavid Qurbanov – 693 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 3564 xəbər dərc edilib. Bu xəbərlərdən 3546-sı neytral,4-ü müsbət,14-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında Elmira Axundova (6 xəbər – deputat və oğlu ətrafında olan maliyyə qalmaqalı) liderdir. Müsbət xəbərlərisə Siyavuş Novruzova (3 xəbər-“Fədai” medalı ilə təltif olunması) və Hüseynbala Mirələmova (1 xəbər-“Beynəlxalq Qızıl Ulduz və Türk dünyasına xidmət” medalı ilə təltif olunması) məxsusdur.

Xəbər sayına görə sıralama:
Mehriban Əliyeva – 220 xəbər
Siyavuş Novruzov – 188 xəbər
Rövnəq Abdullayev – 128 xəbər
Oqtay Əsədov – 118 xəbər
Bahar Muradova – 111 xəbər
Fazil Mustafa – 109 xəbər
Ziyad Səmədzadə – 108 xəbər
Musa Quliyev – 91 xəbər
Azay Quliyev – 90 xəbər
Vahid Əhmədov – 86 xəbər

Fevral ayında televiziya kanallarında deputatlar haqqında 1335 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:
Mehriban Əliyeva – 108 xəbər
Ziyad Səmədzadə – 100 xəbər
Oqtay Əsədov – 77 xəbər
Bahar Muradova – 66 xəbər
Rövnəq Abdullayev – 63 xəbər
İsa Həbibbəyli – 52 xəbər
Hadı Rəcəbli – 51 xəbər
Siyavuş Novruzov – 40 xəbər
Çingiz Qənizadə – 38 xəbər
Azay Quliyev – 38 xəbər

İnterpress.az