Qardaşını xüsusi amansızlıqla öldürən qız 10 il azadlıqdan məhrum edildibackend

Qardaşını xüsusi amansızlıqla öldürən qız 10 il azadlıqdan məhrum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə A.Baxışova ilkin ifadəsində bildirib ki, qardaşı təcavüz etmək niyyətində olduğu üçün onu balta ilə vurub.

Məhkəmənin hökmü ilə A.Baxışova barəsində 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

İttiham aktına görə, hadisə 2014-cü ildə Qusar rayonunun Ləcət kəndində baş verib. A.Baxışova qardaşı Baxış Baxışovu qətlə yetirib. A.Baxışova qardaşını öldürdükdən sonra basdırıb. Hadisədən yeddi ay keçəndən sonra meyiti çıxararaq başqa yerdə dəfn edib. Cinayət işinin üstü isə B.Baxışovun telefonundan ailə üzvlərinə gələn mesajdan sonra açılıb.

Mesajın A.Baxışova tərəfindən yazıldığı məlum olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. A.Baxışova ilkin istintaq zamanı qardaşını öldürdüyünü bildirib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. (Trend)

İnterpress.az