Qatil dayə Putindən qisas alırmış-VİDEObackend

Qatil dayə Putindən qisas alırmış-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu polisə verdiyi ifadəsində bir müddət öncə Moskvada dörd yaşlı uşağı vəhşicəsinə qətlə yetirən Özbəkistan vətəndaşı Gülçöhrə Bobokulova söyləyib. Onun bu sözləri deyərkən çəkilmiş görüntüləri Tvitterə yerləşdirilib.

“Qan tökən Putindən qisasımı aldım. Putin təyyarələri ilə Suriyanı bombaladı. Niyə müsəlmanların başına bombalar yağır, heç kim heç nə demir. Axı onlar da yaşamaq istəyirlər. Baxın, balaca uşaq…” – deyə Bobokulova söyləyib. Müstəntiqin “buna görə sən uşağı öldürdün” sualına dayə “bəli, buna görə öldürdüm” cavabını verib.

Qeyd edək ki, Bobokulova bir müddət öncə Moskvada dayəlik etdiyi dörd yaşlı körpə uşağın başını kəsərək, evi yandırıb. Daha sonra o, uşağın başını götürərək, “Oktyabrskoye Pole” metro stansiyasının yanına gəlib və özünü partladacağı ilə hədələyib. Bundan sonra polislər onu yaxalayıblar.

O, istintaqa ilkin açıqlamasında ərinin xəuanətinə görə dayəlik etdiyi uşağın başını kəsdiyini bildirmişdi. (axar.az)

İnterpress.azhttps://youtube.com/watch?v=mepyxWGMzZI