Yeni qanun LAYİHƏSİ: “Tik, idarə et, təhvil ver”backend

Yeni qanun LAYİHƏSİ: “Tik, idarə et, təhvil ver”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında deyilib.

“Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşməsi əsasında həyata keçirilməsi haqqında” qanun adlandırılan bu sənəddə “Tik, idarə et, təhvil ver “ anlayışı model formasında (TİT) öz əksini tapıb.

Qanun layihəsinə əsasən, tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiyaların “TİT” modelinə uyğun həyata keçirilməsini təmin etmək əsas şərtdir.

Yeni qanun layihəsinə görə bu qanunun tətbiq dairəsi əsasən dövlət, ictimai və digər sahələrdə əhəmiyyətli olan tikinti işlərinin həyata keçirilməsini nəzərdə tutur.

Layihəyə görə investorlarla tikintiyə məsul olan müvafiq icra hakimiyyəti orqanları arasında bağlanan müqavilələrin müddəti maksimum 49 ildən artıq olmayacaq. (modern)

İnterpress.az