Səfirlikdən Türkiyədə narkotikdən zəhərlənən azərbaycanlı tələbələrlə bağlı AÇIQLAMAbackend

Səfirlikdən Türkiyədə narkotikdən zəhərlənən azərbaycanlı tələbələrlə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin mətbuat xidmətinin rəhbəri Elbəy Əliyev Modern.az-a açıqlamasında bildirib ki, həmin tələbələr narkotikdən istifadə etsələr də, qardaş ölkədən deportasiya olunmayacaqlar. Onlar təhsillərini davam etdirəcəklər.

Azərbaycanın Təhsil Nazirliyi isə Zeynal Zeynalov və Aqşin Hüseynovun dövlət hesabına təhsil almadıqlarını bildirib. Nazirlikdən Modern.az-a verilən məlumata görə, Türkiyə Respublikasının Aksaray Universitetində \”2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı\” çərçivəsində və hökumətlərarası müqavilələr hesabına təhsil alan yoxdur.

Təhsil Nazirliyində şəxsi vəsaitləri hesabına və ya müxtəlif mübadilə proqramları çərçivəsində xaricdə təhsil alan tələbələrin qeydiyyatı aparılmır.

Qeyd edək ki, ötən gün Türkiyənin Aksaray şəhərində iki azərbaycanlı tələbə narkotikdən zəhərlənib. Hadisə “Aral” yataqxanasında baş verib. Aksaray Universitetinin Azərbaycandan olan tələbələri 17 yaşlı Zeynal Zeynalov və 18 yaşlı Aqşin Hüseynov yataqxanada narkotik (bonzai) qəbul ediblər. Bir qədər sonra hər iki tələbənin vəziyyəti pisləşib. Onlar ağır vəziyyətdə Aksaray dövlət xəstəxanasına çatdırılıblar.

İnterpress.az