Dünyanın ən gənc milyarderi – 19 yaşlı qız necə zəngin oldu? – VİDEObackend

Dünyanın ən gənc milyarderi – 19 yaşlı qız necə zəngin oldu? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, 19 yaşlı Andersen 1,2 milyard dollar şəxsi sərvətlə 1810 milyarder arasında 1476-cı yerdə qərarlaşıb.

Düzdür, o bu sərvəti özündən 1 yaş böyük bacısı Katerina ilə bölüşsə də, yaxşı yaşamağa kifayət edir. Katerina və Aleksandra ataları Yohan Andersenin sayəsində bu qədər sərvətə malik olublar.

Belə ki, “Ferd” şirkətinin olan ata onun 80%-lik səhmlərini 2015-ci ildə qızlarına vermişdi.

1849-cu ildə əcdadları tərəfindən əsası qoyulan “Ferd” şirkəti tütün istehsalı ilə məşğul olub.

2005-ci ildə etik səbəblərdən şirkəti 500 milyon dollara satan Yohan Andersen onun əvəzinə investisiya fondu yaradıb və məhz həmin fondun səhmlərini qızlarına bağışlayıb.

Dünyanın ən gənc milyarderi - 19 yaşlı qız necə zəngin oldu? - VİDEO

Aleksandra Andersen professional idmançı olan sevgilisi ilə yaşayır və şirkətin idarəedilməsində demək olar iştirak etmir. Hər iki bacı bu işləri faktiki rəhbər olan atalarına həvalə ediblər.

19 yaşlı milyarder vaxtının çoxunu əyləncə və hobbilərinə sərf edir.

İnterpress.az