Polislərin polkovniki döyməsi barədə rəsmi AÇIQLAMAbackend

Polislərin polkovniki döyməsi barədə rəsmi AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. O qeyd edib ki, məlumat, vətəndaş müraciəti əsasında araşdırılır:

“Hazırda Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. Bildirmək istəyirik ki, rəhbərliyimiz tərəfindən vətəndaş-polis münasibətlərinə çox ciddi nəzarət edilir.

Polis tərəfindən bu və buna bənzər hadisə qeydə alınırsa, mütləq şəkildə araşdırılır və tədbir görülür. Yol polisi əməkdaşının üzərində diktafon və avtomobilində görüntünü çəkmək üçün kamera varsa, iki nəfərin birləşib hərbiçiyə əl qaldırması məndə sual doğurur. Hər halda arxayın olun ki, məsələ araşdırılacaq”.

Yayılan məlumatda bildirilir ki, Dövlət Yol Polisi Suraxanı rayon şöbəsinin əməkdaşları nazirliyin polkovniki Mehman Yusifovun idarə etdiyi maşını saxlayarkən, tərəflər arasında mübahisə düşüb.

İnsident zamanı ərazidəki digər həmkarlarını da köməyə çağıran polislər polkovniki döyüblər. (modernaz.az)