MİT-in məxfi hesabatı: PKK Azərbaycandabackend

MİT-in məxfi hesabatı: PKK Azərbaycanda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məxfi məruzə 2011-ci il aprelin 24-də Emniyyet Genel Müdirliyi tərəfindən dörd regional polis idarəsinə göndərilib. “MİT-dən alınan və 1-31 mart 2011 il tarixlərini əhatə kəşfiyyat bülleteni fəaliyyətinizdə nəzərə alınması üçün göndərilir”-Emniyyetin məktubunda göstərilir.

Məruzədə MİT-in həmin dövrdə erməniləri, rumları və digər etnik-dini azlıqlara dair kəşfiyyat məlumatlarını “Etnik separatçı fəaliyyətlər” bölməsində cəmləşdirib. Qrant Dinkin 2007-ci ildə qətlə yetirilməsini və ermənilərin bu hadisədən istifadə edərək Türkiyə əleyhinə təbliğat aparmasını “erməni məsələsi” kontekstində nəzərdən keçirilməli olduğunu bildirib.

Sənəddə “Terror təşkilatları” bölməsində PKK, DHKPC və digər radikal solçu terror təşkilatları, habelə PKK-nın aralarında Fransa, Almaniya, Azərbaycan və Ukrayna başda olmaqla bir çox ölkələrdəki fəaliyyətləri barədə kəşfiyyat məlumatlarına yer verilib. Lakin MİT-in məruzəsinin həmin hissəsinin detalları mətbuatda yayılmayıb.
(virtuala.org)

İnterpress.az