Bakıda 86 yaşlı kişi arvadını çaydanla vuraraq öldürdü, özü də öldübackend

Bakıda 86 yaşlı kişi arvadını çaydanla vuraraq öldürdü, özü də öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu meyitlərin ilkin müayinəsi zamanı Hacı Əmrahovun bədənində zorakılıq əlamətləri aşkarlamasa da, Sona Əmirovanın baş nahiyəsində xəsarətlər müəyyən edilib.

İlkin ehtimallara gorə, Hacı Əmrahov həyat yoldaşını özü çaydanla baş nahiyəsindən zərbə endirərək qətlə yetirib. Qoca kisinin özünün dünyasını dəyişməsinin səbəbləri isə araşdırılır.

Ehtimala görə, kişi ilə qadın mübahisə ediblər. Daha sonra kişi qadına çaydanla baş nahiyəsindən xəsarət yetirib. Qadının öldüyünü görən Əmirovun ürək tutmasından öldüyü güman edilir.

Bakıda 86 yaşlı kişi arvadını çaydanla vuraraq öldürdü, özü də öldü

Qeyd edək ki, Sona Əmirova fevralın 18-də Pirallahı Rayon Polis İdarəsinə həyat yoldaşı tərəfindən döyülməsi faktı ilə bağlı yazılı müraciət edibmiş.

Meyitlər müayinə olunmaq üçün daxili ekspertizaya göndərilib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırma aparılır. (musavat.com)

İnterpress.az