Prezident “Formula 1″ə gələcək əcnəbilər üçün viza prosedurlarını sadələşdirdibackend

Prezident “Formula 1″ə gələcək əcnəbilər üçün viza prosedurlarını sadələşdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərəncamla müəyyən edilir ki, Azərbaycanda keçiriləcək \”Formula 1\” Avropa Qran Pri yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

– \”Formula 1\” yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni təsdiq edən sənəd;

– \”Formula 1\” Avropa Qran Pri yarışına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Bu sərəncamın 1-ci hissəsində göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:

– təşkilati məsələlərlə əlaqədar gələn və “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş şəxslər – 2016-cı il mayın 15-dən iyunun 30-dək;

– \”Formula 1\” Avropa Qran Pri yarışında iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri – 2016-cı il iyunun 1-dən 20-dək;

– “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş jurnalistlər, habelə \”Formula 1\” Avropa Qran Pri yarışına bilet əldə etmiş şəxslər – 2016-cı il iyunun 10-dan 20-dək.

Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi \”Formula 1\” Avropa Qran Pri yarışı ilə əlaqədar Azərbaycana gələn şəxslərə Azərbaycanın beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat və maliyyə məsələlərini həll edəcəklər.

Xarici İşlər Nazirliyinə \”Formula 1 Avropa Qran Pri yarışı ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək; \”Formula 1\” Avropa Qran Pri yarışı ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın nazirliyin, habelə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək tapşırılıb.

Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə \”Formula 1\” Avropa Qran Pri yarışı ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verəcək.

İnterpress.az