4 rayonda qaz olmayacaqbackend

4 rayonda qaz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, diametri 300 mm-lik siyirtmənin təmiri, qaz xəttinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş diametri 225 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə 4 mart 2016-cı il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Nərimanov rayonu Ə.Əliyev, T.Əliyev, C.Hacıbəyli, Azadlıq və Atatürk prospektlərində, Sabunçu rayonunun Ramanı, Savalan yaşayış massivi, Südçülük sovxozu və Şuşa qaçqın şəhərciyi ərazilərində, Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarında, həmçinin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

İnterpress.az