47 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdübackend

47 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquq mühafizə orqanlarından APA-ya verilən məlumata görə, martın 3-ü axşam saat 19 radələrində Oğuz rayonu Bacaq kənd sakini, 1969-cu il təvəllüdlü Füzuli Məhəmməd oğlu Hacıməmmədovu Şəki Məhkəmə Kompleksinin həyətində elektrik cərəyanı vurub.

47 yaşlı F. Hacıməmmədov hadisə yerində keçinib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır.

İnterpress.az