67 yaşlı kişi yoxa çıxdıbackend

67 yaşlı kişi yoxa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Xindırıstan kəndində köçkünlər üçün salınmış qəsəbədə qeydə alınıb. Ağdam rayon Qullar kənd sakini 1949-cu il təvəllüdlü Zeynalov Əhliman Həsən oğlu yoxa çıxıb.

Yaxınlarının AzNews.az-a verdiyi xəbərə gorə, Ə.Zeynalov bu gün günorta saatlarında evdən çıxıb geri qayıtmayıb. Evdən çıxarkən əynində qara şalvar, tünd göy pencək, başında papaq olub. Verilən məlumata görə, Ə.Zeynalovun psixoloji problemi var.

Faktla bağlı yaxınları Ağdam rayon Polis Şöbəsinə yazılı müraciət ediblər.

İnterpress.az