Deputat Mərkəzi Bankın qərarını şərh etdi: “Bizdə proseslər gedir”backend

Deputat Mərkəzi Bankın qərarını şərh etdi: “Bizdə proseslər gedir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin İqtsadi siyasət, sənaye və sahibkarlıq komitəsininü üzvü Vahid Əhmədov bu qərarı şərh edərkən uçot dərəcəsinin 7 faiz səviyyəsində müəyyən edilməsinin çox yüksək olduğunu bildirib:

“Bunlar kredit faizlərinə təsir edən amillərdir. Uçot dərəcəsi qaldırılanda kredit faizləri də yüksələ bilər. Amerika Federal Xidməti dolların məzənnəsinə baxmaq fikrindədir. Hesab edirəm ki, Mərkəzi Bankın uçot dərəcəsini qaldırılması qabaqlayıcı tədbirlərin sırasındadır. Bununla belə, dərəcənin 7 faiz həcmində müəyyən edilməsinin çox olduğunu düşünürəm. Çünki, ümumi valyuta və daxili bazarı nəzərə almaq lazımdır. Məsələn, bu gün dolların məzənnəsi qalxıb. Dünya bazarlarında neftin qiymətində az da olsa, bahalaşma var. Bizdə isə proseslər əksinə inkişaf edir”.

V.Əhmədov həm də bu gün parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq qanun layihələrinin müzakirələrindən çox şeyin asılı olduğunu vurğulayıb:

“Bu gün qanunlarda dəyişikliklərə baxılacaq. Qanun qəbul edildikdən sonra qeyd edilən məsələlərə – bankların fəaliyyətinə, kreditlərə, dövriyyə vəsaitlərinin likvidliyinə nəzarət və bu kimi digər məsələlərə Mərkəzi Bank deyil, Maliyyə Bazarlarına Nəzarət Palatası baxacaq. Parlamentdə qanunu bu gün qəbul edə bilsək, Prezident tərəfindən imzalanacaq”. (modern.az)

İnterpress.az