Tanınmış hüquqşünas Əyyub Kərimov bunun bir neçə amillə əlaqədar olduğunu vurğulayıb:
“Bu cür cinayətlərin artmasının bir səbəbi şübhəsiz ki, ahıl insanların müqavimətini qırmağın daha asan olması ilə bağlıdır. Yəni tənha, kimsəsiz, yaşlı insanların öldürülməsində bu amilin rolu var. Lakin bu cür cinayətlərin artması həm də sosial şəraitlə bağlıdır. 20-30 il bundan öncə tənha insanlara böyük köməkliklər olunurdu. İnsanlar olurdu ki, bu cür yaşlı adamlara baxır, aha sonra vəsiyyətnamə əsasında onun əmlakına sahib olurdu. Lakin sosial şərait gərginləşəndə oğulluq halları ilə yanaşı bu cür cinayətlərin də sayı artır.
Şərtlər kəskinləşəndə insanlıq nöqteyi-nəzərindən bir çox amil nəzərə alınmır. Bu cür yaşlı insanlara baxmaq müqavilə bağlayan bəzi şəxslər üzərlərinə götürürlər ki, həmin yaşlı insana ömrünün sonuna qədər baxacaq və onun dəfnini həyata keçirəcəklər.
Lakin sosia şərait ağırlaşanda bəzən bu tələblər gözləmirlər. Bəzi şəxslər qısa vaxtda asan yolla böyük gəlir əldə etmək üçün yaşlı insanların qətlini həyata keçirir.
Bəzi hallarda tənha insanların rəğbətini qazanaraq onlara bir neçə ay baxır, müəyyən hüquqi sənədlər əldə edirlər. bu səndələr əldə ediləndən sonra isə yaşlı şəxs müəmmalı şəkildə vəfat edir. sosial şəraitin gərgin olduğu dövrlərdə bu cür hallara daha çox təsadüf olunur”. (moderator.az)
İnterpress.az