İnterpress.az xəbər verir ki, müzakirə zamanı çıxış edən deputat Əli Məsimli bildirib ki, ölkədə problemi kredit məsələsi həll olunmalıdır.
Deputat qeyd edib ki, bu gün ölkənin maliyyə bazarında kifayət qədər problemlər var.
“Mərkəzi Bankın yürütdüyü yanlış maliyyə siyasəti burada rol oynayır. Hesab edirəm ki, yeni palatanın Mərkəzi Bankla korrdinasiyalı şəkildə fəaliyyəti mövcud problemlərin aradan qaldırılmasına təkan verəcək. Hər iki qurum çalışmalıdır ki, maliyyə bazarında olan çatışmazlıqlar istehsalat sahəsinə keçməsin”.
Deputat Əli Məsimli qeyd edib ki, pul kredit siyasətinin sərtliyi bir qədər də artsa maliyyə blokunda olan problemlər, iqtisadiyyatın real sahələrinə keçə bilər.
“Problemli kreditləri həll etmədən ikinci kateqoriyaya aid olan bankların sağlamlaşdırılması çətin olacaq. Bunu tez həll etmək lazımdır. Qısa müddət ərzində ciddi problemlərin aradan qaldırılması və sağlamlaşdırılması istiqamətdə addımlar atılmalıdır”.
Deputat Vahid Əhmədov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının formalaşması çox tez zamanda başa çatmalı, sədri təyin edilməli, nizmanaməsi təsdiq olunmalıdır.
Mərkəzi Bank və palataya daxil olan funksiyalar dəqiq yerinə yetirilməlidir. Bir neçə dəfə bank sistemi ilə bağlı islahatların vacib olduğunu bildirmişik. Problemli kreditlər, dollarla verilmiş kreditlərin taleyi tez zamanda həllini tapmalıdır. Bunu hökumət, Mərkəzi Bank, təzə palata həll edəcək.
Danışıqlar müsbət həllini tapmalıdır. Biz bankların bağlanmağının tərəfdarı olmamışıq. Bankların təmərküzləşmə prosesinə getməsinə tərəfdar olmuşuq ki, onlar aşağı faizlə sahibkarlara kreditlər versinlər. Təəssüf ki, bir neçə bankın bağlandığını müşahidə etdik və bu da insanlar üçün problemlər yaratdı”.
Deputat qeyd edib ki, maliyyə bazarlarına nəzarət mexanizmi dəqiq işlənib hazırlanmalıdır və bununla bağlı qanunun qəbul edilməsinə ehtiyac var.
İnterpress.az