Əldə etdiyimiz məlumata görə, insan papilloma virusuna görə, vaksin Azərbaycanda peyvənd təqviminə əlavə edilə bilər. Hətta bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu peyvəndin tətbiqinin vacibliyinə həsr olunmuş beynəlxalq konfransa da dəvət edib. Danimarkada keçirilən bu konfransa, insan papilloma virusunu tətbiq etməyən ölkələrin səhiyyə qurumları da dəvət alıb. RGEM-dən aldığımız məlumata görə, bu peyvəndin tətbiqinə ölkəmizdə başlanılıb-başlanılmayacağı barədə indidən qəti fikir söyləmək olmaz: \”Bu barədə qərarı Azərbaycanın Səhiyyə Nazirliyi verə bilər. Bunun üçün öncə ölkəmizdə İnsan papillomo virusuna qarşı peyvəndin tətbiqinin nə dərəcədə vacib olduğunu üzə çıxartmaq üçün təhlil aparılmalıdır. Peyvəndin tətbiqi qiymətləndirildikdən sonra, xəstəliyin yükü öyrənildikdən sonra bir qərar verilə bilər”.
RGEM-dən onu da bildiriblər ki, uşaqlıq boynu xərçənginin profilaktikası məqsədilə qız uşaqlarına edilən peyvənd əslində çox bahalı vaksindir: \”Bu peyvəndin qiyməti çox bahadır. Amma Azərbaycan Səhiyyə Nazirliyi qərar verərsə, Qlobal Alyansın dəstəyi ilə vaksinin 1 dozasını 4,5 dollardan əldə etmək olar”.
Xatırladaq ki, ÜST bu peyvəndin tətbiqi ilə bağlı dəfələrlə dünya ölkələrinə müraciət edib. İnsan papillomo virusuna qarşı edilən peyvənd, qadınlarda uşaqlıq boynu xərçənginə qarşı profilaktik məqsədlə tətbiq edilir. Hazırda 50-dən çox ölkədə bu peyvənd tətbiq edilir.(movqe.az)
İnterpress.az