Bu barədə sərəncamların olması haqda xəbər isə bir az əvvəl Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini – Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağəliyevin iştirak etdiyi Salyan RİH-də rayon idarə-müəssisə rəhbərlərinin iştirakı ilə keçirilmiş toplantıda açıqlanıb.
Qeyd edək ki, Tahir Kərimov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 2011-ci ildən işləyirdi.
Salyanın yeni başçısı Hətəmov Sevindik Hacıağa oğlu 1963-cu il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis- mexanik fakultəsini bitirib.
2005-.2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisiin üzvü, sonralar Azərbaycan Respublikası Prezidenti Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçisi işləyib.
Azərbaycan prezidentinin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı işləyirdi. (virtualaz.org)
İnterpress.az