Azərbaycan və Macarıstan arasında dörd sənəd imzalandıbackend

Azərbaycan və Macarıstan arasında dörd sənəd imzalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq sənədi hər iki tərəfdən aşağıdakı şirkətlər imzalayıb: \”Umirs Europe Plc.\” – \”EastStream\” MMC, \”Toll Servis Ltd.\” – \”Sinam Ltd.\”, \”European Parking System Llc.\” – \”Komtec Ltd\” və \”Project Service Venture Ltd.\” – \”RR Şirkətlər qrupu\”.

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov, Macarıstan Milli Ticarət Evinin sədr müavini Qabor Kun, o cümlədən 47 macar və 116 Azərbaycan şirkətinin nümayəndələri iştirak ediblər.