Salyanın sabiq icra başçısına şeir həsr edildi-Səni çiçək ahı, gül ahı tutdubackend

Salyanın sabiq icra başçısına şeir həsr edildi-Səni çiçək ahı, gül ahı tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın təqdim etdiyi şeir Salyanın sabiq icra başçısı Tahir Kərimova həsr edilib. Böyük biznes şəbəkəsinə sahib olan Tahir Kərimov deyilənlərə görə məşhur şəklinin qurbanı olub. Onun ötən il Salyanda baş tutan gül bayramında çəkdirdiyi bu şəkil sosial şəbəkədə xeyli müzakirə olundu. Gənclərin əllərində tutduğu güllərin altından forslu-forslu keçən Tahir Kərimov əslində forsunun və özünəvurğunluğun qurbanı oldu.

Salyanın sabiq icra başçısına şeir həsr edildi-Səni çiçək ahı, gül ahı tutdu

Qalib bir sərkərdə ədası ilə
Başına qızılgül səpdirən məmur.
Özünü Osmanlı şahzadəsiylə
Eyni tərəziyə qoymadan, bir dur!

Təqlid elədiyin həmin igidin
Altından keçdiyi bir gül deyildi
O nadir qəhrəman, cahangir idi,
Önündə sənintək yüzü əyildi.

Özünü ha öldür, ha vurnux, didin,
Od olsan, atəşin özünü yaxar.
Tozu da olmarsan həmin igidin
Səndən uzaq başı bir məmur çıxar.

Salyanı yoxsa ki, dünyamı sandın,
Özünü bənzətdin gör, kimə, hələ?
Altından keçdiyin gül də utandı,
Bu cür düşməmişdi o dildən-dilə.

Uzun keşməkeşli tarix boyunca
Özgə bir yer olub güllərin yeri.
Bu millət o gülü hər kəsdən uca,
Müqəddəs bilibdir min ildən bəri.

O, bəzən ən böyük sevginin rəmzi,
Bəzən də peyğəmbər simvolu olub.
Ləçək üstündəki hər damar izi
Hansısa ürəyin bir qolu olub.

O bülbül eşqinin yadigarıdır,
Ləçəyi bülbülün qanına batıb.
O, nakam sevginin ahu-zarıdır,
Nə qədər şeirə gül ətri qatıb.

Sən onu çıxarıb el arasına
Vəzifə eşqinə kölə elədin.
Xor baxdın elimin bu mirasına,
Cılız hislərinə tələ elədin.

Sən həris duyğunla gülün xətrinə
Dəyib neçə-neçə qarğış qazandın.
Ayrı bir iy qatdın onun ətrinə
Elə bu səbəbdən özün də yandın.

O, bir qızılgüldü – güllərin şahı,
Nə saman çöpüydü, nə adi otdu.
Səni tutmaz idi Salyanın ahı,
Səni çiçək ahı, gül ahı tutdu.

İnterpress.az