İnterpress.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə saat 01.00 radələrində Binəqədi-Mehdiabad yolunda qeydə alınıb. Bakı şəhər sakini Əli Abdullayevin idarə etdiyi “Range Rover” markalı avtomobil “VAZ-21015” markalı maşınla toqquşub.
Nəticədə “VAZ-21015” markalı avtomobilin sürücüsü Ramiz Muradov və sərnişini Elgün Məmmədov aldıqları xəsarətdən ölüblər.
Həmin avtomobildə olan digər sərnişin – Qərib Eyvazlı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
İnterpress.az